Menu
Geri İrəli

Azad Rəhimov Olimpiya stadionunun çökməsi xəbərinə aydınlıq gətirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2015 • Baxış sayı: 481 dəfə • Şərh yoxdur

“Həm toylara, həm də yaslara icazә olacaq”.

Gənclər və idman naziri Azad RəhimovBakı Olimpiya stadionunun çökməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sumqayitxeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin bildirdiyinə görə, Olimpiya stadionunda gözәl işlәr aparılır:

“Stadionda yüzlərlə insan işlәyir. Әgәr hansısa bir problem yaransaydı, heç kim orada işlәmәzdi. Bu xəbərlər Azәrbaycanda keçirilәn Avropa oyunlarına zәrbә vurmaq üçündür. Azәrbaycanda şayiәlәr çoxdur. Bu da onlardan biridir”.

Azad Rәhimov ermәnilәrin Avropa oyunlarında iştirakı ilә bağlı sualı da cavablandırıb. O bildirib ki, Avropanın bütün ölkәlәri Bakıya dəvətlidir:

“Biz bütün komandaları vә onların bura gәlәn idmançılarının sayını izlәyirik. Eşitdim ki, ermәnilәrin yunan-roma gülәşçilәri vә gimnastları Azәrbaycana gәlmәk istәmir. Dünәn Ermәnistan Milli Olimpiya komitәsi dә iclas keçirib vә qәrar qәbul edib ki, ermәni idmançıları Avropa oyunlarında iştirak etmәkdә sәrbәstdir”.

Nazir Avropa oyunları ərəfəsində toy və yaslara qadağa qoyulmasına da aydınlıq gətirib:

“Avropa oyunları zamanı həm toylara, həm də yaslara icazә olacaq. Elә özüm hәmin vaxt toya dәvәtliyәm. Belә şeylәrә uymayın”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın