Menu
Geri İrəli

“Azərbaycan bizim ürəyimizdir” – Ramil Quliyev APA-ya danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Avqust 2017 • Baxış sayı: 330 dəfə • Şərh yoxdur

8b7f32b0b14efabea85f00624bdc605f “Azərbaycan bizim ürəyimizdir”. Bu sözləri İstanbulun Atatürk adına aeroportunda APA-ya verdiyi açıqlamada  Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanan Ramil Quliyev deyib.

İstanbulun Atatürk adına aeroportunda dünya çempionu Ramil Quliyev üçün qarşılama mərasimi təşkil edilib. Ramil Quliyev pasport nəzarətini keçəndən sonra Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak zəng edərək çempionu təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Ramil Quliyev və məşqçisi Oleq Muxin APA-nın Türkiyə müxbirinin suallarını cavablandırıb:

- Dünyanın ən sürətli adamı Useyn Bolt karyerasına nöqtə qoyanda səhnəyə Ramil Quliyev çıxdı. Səhv dəyərləndirmə olmadı ki?

Ramil Quliyev: Useyn Bolt artıq yarış səhnəsindən çəkildi. Niyə mənim  də onun rekordlarını  qırmaq və onu keçmək hədəflərim olmasın? İndi bütün gücümlə Avropa çempionu olmaq üçün hazırlaşacağam. Dünya çempionu olmuş bir insanın Avropa çempionluğundan aşağı hədəfi ola bilərmi?

- Azərbaycana siz hansı mesajı vermək istərdiniz?

Ramil Quliyev: Məşqçim Oleq Muxinin dediyi kimi, Azərbaycan bizim ürəyimizdir. Yarışların hamısına  qəlbimdəki  Azərbaycan və Türkiyə sevgisi ilə çıxmışam. Mənim üçün həyəcan keçirən, sevincimi paylaşan hamını  ürəkdən salamlayıram.

Dünya çempionunun məşqçisi Oleq Muxinin sözlərinə görə, o, Ramil Quliyevin dünya çempionu olacağına həmişə inanıb: “Londondakı çempionata yaxşı hazırlaşdığımız kimi, orada olarkən gündəlik prosesləri çox yaxından izləyirdim. Yarışın hər mərhələsinə uyğun qurduğumuz planı uğurla həyata keçirdik. Yarımfinalda Ramilin çempion olacağına artıq əmin idim. Biz bütün işlərimizi elmi əsaslar üzərində qurduğumuza görə, qələbə uğrunda daha inamla mübarizə aparırıq”.

- Bu özəl gündə Azərbaycana hansı mesajı vermək istərdiniz?

- Oleq Muxin: ”Azərbaycan bizim ürəyimizdir. Biz vətənimizi bir an da olsa, unutmuruq. Yay məzuniyyətimizdə Azərbaycana gedirik. Buradan ölkəmizə çox salam göndəririk”.

İstanbul aeroportundakı qarşılama mərasimindən sonra məşqçi Oleq Muxin və dünya çempionu Ramil Quliyev Ankaraya gediblər. Prezident Rəcəb Tayyib Ərdoğanın 15 avqustda O.Muxin və R.Quliyevi qəbul etməsi gözlənilir. Dünya çempionu Ramil Quliyevin lisenziyalı idmançısı olduğu “Fenerbahçe” klubundan APA-ya daxil olan məlumata görə, avqustun 20-də  Türkiyə super liqasında oynanacaq  Fənərbahça-Trabzonspor matçı  O.Muxin və R. Quliyevin topa vurmaları ilə başlayacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın