Menu
Geri İrəli

Azərbaycan futbolunda rekord: Bütün biletlər satıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2017 • Baxış sayı: 117 dəfə • Şərh yoxdur
Share Button

Çempionlar Liqasının 2-ci turunun “Qarabağ” – “Roma” oyununa bütün biletlər satılıb.

oxu.az xəbər verir ki, bu haqda Ağdam klubundan məlumat verilib. Satışa çıxarılan bütün 67 min 500 biletin hamısının satıldığı bildirilib. Beləliklə, “Qarabağ” – “Roma” matçında stadion ağzınadək dolu olacaq.

Qeyd edək ki, bu, Azərbaycan futbol tarixində rekord göstəricidir. İlk dəfə olaraq milli və klub səviyyəsində bir komandamızın matçına bu qədər bilet satılıb.

Xatıradaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-si, saat 20.00-da başlanacaq.

Bu arada klub bilet alan azarkeşlərinə müraciət edib. Müraciətdə deyilir: “Artıq 41 min azarkeşimiz “Roma”yla matçına olan vauçerlərini biletlərlə dəyişib. Azarkeşlərimizdən ən qısa zamanda vauçerləri biletlərlə dəyişmələri xahiş olunur”.

Qeyd edək ki, stadiona giriş biletlə mümkün olacaq, vauçerlə qarşılaşmaya gələn azarkeşlərimiz stadiona buraxılmayacaq

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın