Menu
Geri İrəli

Azərbaycan idmanında şok: beş idmançımızın medalı geri alındı!

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2014 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur
aqir-atletikaAzərbaycan idmanı ilə bağlı daha bir şok yaşanıb. Bu dəfə ağır atletika ilə bağlı. Avropa çempionatında medal qazanmış 5 idmançımızın hamısının dopinq qəbul etdiyi məlum olub.
“Axar.az” xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Ağır Atletika Federasiyasının saytında yayılıb. Məlumatda bildirilir ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanı Qazaxıstana dəyişən perspektivli idmançımız Nicat Rəhimov millidə yaşanan özbaşnalıqlardan danışmış, bütün idmançılara məcburi qaydada dopinq verildiyini bildirmişdi.
Azad Rəhimovun açıqlamasına münasibət bildirən Ağır Atletika Federasiyasının rəsmiləri onu az qala vətən xaini hesab etmişdilər.





Facebook Şərhləndirmə:

Şərhinizi yazın