Menu
Geri İrəli

Azərbaycanın voleybol yığmasından daha bir qələbə

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2014 • Baxış sayı: 304 dəfə • Şərh yoxdur

011351_IMG_5684

Gərgin keçən görüşün qalibi tay-brekdə müəyyənləşib.

İtaliyada voleybol üzrə dünya çempionatında iştirak edən Azərbaycanın voleybol komandası ikinci qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, Puerto-Rika ilə qarşılaşan milli komandamız gərgin keçən matçdan 3-2 hesabı ilə qalib ayrılıb.

4 setin tamamında hesab 2-2 olduğundan qalib tay-brekdə müəyyənləşib.

Həlledici setdə voleybolçularımız 17:15 hesabı ilə qalib gələrək yer aldıqları D qrupunda ikinci qələbələrini qazanıblar.

Qeyd edək ki, ilk matçında Yaponiyanı 3-2 hesabı ilə məğlub edən Azərbaycan yığması, Çinlə görüşdən 3-0 hesablı məğlubiyyətlə ayrılmışdı.

Puerto-Riko – Azərbaycan – 2:3 (20:25; 26:24; 24:26, 25:16; 15:17) .

Facebook Şərhləndirmə:

Şərhinizi yazın