Menu
Geri İrəli

“Bayer”uduzdu – “Bavariya”dan darmadağın

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2015 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

1336232237_91

Çempionlar Liqasının qrup mərhələsində dördüncü turun oyunlarına yekun vurulub.

İkinci oyun günündə daha 8 qarşılaşma keçirilib.

E qrupunda lider “Barselona” BATE-ni qəbul edib. Kataloniyalılar zəif rəqibini məğlub edərək, növbəti mərhələyə vəsiqə məsələsini böyük ölçüdə həll edib.

Sonuncu pillədə qərarlaşan “Roma” isə “Bayer”i məğlub edərək, ikinci pilləyə yüksəlib.

“Arsenal”ı qəbul edən “Bavariya” darmadağınla qalib gələrək 1/8 final şanslarını xeyli yaxşılaşdırıb.

Turun ən maraqlı oyunlarının nəticələrini təqdim edirik:

“Barselona” (İspaniya) – BATE (Belarus) – 3:0
Qol: Neymar, 31-pen. (1:0), Suares, 60 (2:0)

***

“Roma” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) – 3:2
Qol:Salah, 2(1:0) Dzeko, 29 (2:0) Mehmedi, 46 (2:1), Çiçarito, 52 (2:2)

***

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) – 5:1
Qollar: Levandovski, 10, Müller, 29, 90, Alaba, 42, Roben, 55 – Jiru, 68

Facebook Şərhləndirmə:

Şərhinizi yazın