Menu
Geri İrəli

Futbolçu karyerasını bitirib, jurnalistliyə başladı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 16 Dekabr 2014 • Baxış sayı: 309 dəfə • Şərh yoxdur

Fransa futbolunun ulduzu Tyerri Anri karyerasını başa vurub.
publika.az1418723334anri
Publika.az xəbər verir ki, ulduz futbolçu bundan sonra jurnalist kimi fəaliyyət göstərəcək.

Anri 2015-ci ilin yanvarından “Sky Sports” telekanalında fəaliyyətə başlayacaq. 37 yaşlı futbolçunun son klubu ABŞ-ın “Nyu-York Red Bullz” komandası olub. O, dekabrın əvvəlində bu komandanın sıralarını tərk etmişdi.

Tyerri Anri Fransa millisinin heyətində 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub. O, “Arsenal”dakı çıxışı ilə də diqqət çəkib. Bu komandanın heyətində (1999-2007) müxtəlif turnirlərdə 228 qol vurub. O, “topçular”la iki dəfə İngiltərə çempionluğunu qazanıb.

Anri “Barselona”nın heyətində Çempionlar Liqasının da qalibi olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın