Menu
Geri İrəli

Futbolda yeni dünya rekordu – 38:0

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2015 • Baxış sayı: 398 dəfə • Şərh yoxdur

coolpixSakit Okean qrup oyunları turunun matçlarında.

Morsbi limanında (Papua Yeni Qvineya) 15-ci Sakit Okean oyunları keçirilir.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, oyunlar çərçivəsində Fici yığması futbol tarixində ən böyük qələbəni əldə edib.

Sakit Okean oyunlarının qrup turnirinin Rio-de-Janeyroda Olimpiya Oyunları-2016-nın təsnifləşdirici matçında ficiyalılar Mikroneziya komandasını 38:0 hesabı ilə darmadağın ediblər. Turnirin birinci matçında Fici yığması Taiti komandasına 30:0 hesabı ilə qalib gəlib.

Təəssüf ki, ficiyalıların bu qələbəsi Ginnesin rekordlar kitabına daxil edilməyəcək, belə ki Mikroneziya hal-hazırda FİFA-ya daxil deyil.

Beləliklə də, rəsmi rekord əvvəlki kimi Avstraliyanın Amerikanın “Samoa”sı üzərində Dünya Çempionatı 2002-də 31:0 hesabı ilə başa çatan qələbəsi hesab ediləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın