Menu
Geri İrəli

İdmançılarımız üç medal qazandılar

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2015 • Baxış sayı: 244 dəfə • Şərh yoxdur

trend_haci_eliyev_gulesh_180615_02

Rusiya Federasiyası Dağıstan Respublikasında keçirilən sərbəst güləş üzrə üç beynəlxalq turnirdə idmançılarımız 1 qızıl və 2 bürünc medal qazanıblar.

Olimpiya, dünya və Avropa çempionu Hacımurad Məhəmmədovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə mübarizə aparan İslam Bazarqanov (54 kq) bütün rəqiblərindən üstün olub. Finala qədər keçirdiyi üç görüşü tam üstünlüklə başa vuran təmsilçimiz həlledici görüşdə qalib gəlib və qızıl medalı əldə edib.

Dağıstanın dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda böyüklər arasında keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Pərviz İbrahimov fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Digər təmsilçimiz Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) isə Yusup Abdusalamovun mükafatı uğrunda keçirilən turnirdə bürünc medala sahib olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın