Menu
Geri İrəli

İdmançımız ermənini diz çökdürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2014 • Baxış sayı: 400 dəfə • Şərh yoxdur

idman 1 30 idman 2 30

Almaniyanın Dortmund şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçirilib. Turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri iştirak edib.

 

AzVision.az-ın məlumatına görə, yığma komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında turnirə 4 güləşçimiz yollanıb. Güləşçilərimizin hamısı turnirin baş mükafatına sahib olub. 4 qızıl medal qazanan güləşçilərimiz komanda hesabında Almaniyadan sonra ikinci yerdə qərarlaşıb.

Turnirin ilk günündə mübarizə aparan güləşçilərimiz 3 qızıl medal qazanıb.

65 kq-da mübarizə aparan Hacı Əliyev macar İstvan Nemeth (12:2), rumın Georg Bucur (10:0) və serb İbro Cakovic (2:1) üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda ötən ilin dünya çempionu erməni David Safaryanla görüşü 7:2 qələbə ilə başa vuran Hacı Əliyev Almaniya Qran Prisinin qızıl medalına sahib olub.

74 kq-da təmsilçimiz Cəbrayıl Həsənov fransız Xavier Befort (11:0) və Luca Lampis (6:0) üzərində inamlı qələbə qazanıb və finala yüksəlib. Finalda yerli güləşçi Georg Harta heç bir şans verməyən Cəbrayıl 13:0 hesablı qələbə ilə turnirin baş mükafatını qazanıb.

86 kq çəki dərəcəsində mübarizə aparan Həmzət Osmanov Fransa təmsilçisi Ahmed Aybuevi (10:0) üstələdikdən sonra ardıcıl alman Mixail Kaufmehli (5:0) və Gabriel Seregelyini (4:1) məğlub edib və finala yüksəlib. Finalda güləşçimizin rəqibi Polşa təmsilçisi Zbignev Baranovski olub. 6:2 hesablı qələbə qazanan Həmzət Osmanov turnirin qızıl medalına sahib olub.

Turnirin ikinci günündə 70 kq çəki dərəcəsində güləşçimiz Ruslan Dibirhacıyev mübarizə aparıb. Avstriyadan Georg Marchil (10:0) və Almaniyadan Samet Duelgeri (5:2) məğlub edən təmsilçimiz finala vəsiqə qazanıb. Finalda Ruslan Dibirhacıyev Rumıniya güləşçisi Adrian Moiseyə 5:1 hesabı ilə qalib gəlib və turnirin qızıl medalını qazanıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın