Menu
Geri İrəli

İstintaq avstriyalı idmançıların düşdüyü qəzanı araşdırır – NAZİR

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2015 • Baxış sayı: 234 dəfə • Şərh yoxdur

azad1“Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək”

“İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidenti araşdırır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

O qeyd edib ki, istintaqın gedişatı haqqında Azərbaycan da məlumatlandırılacaq.

“İki xanım idmançı yüngül xəsarətlər alıb. Onların vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odur ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq”, – deyə nazir bildirib.

Rəhimov həmçinin deyib ki, Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək.

“Azərbaycanın Avstriyadakı səfirliyi lazımi yardımı göstərir. Biz Avstriya tərəfinə istənilən kömək göstərməyə hazırıq”, – deyə o vurğulayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın