Menu
Geri İrəli

Milli komandamızın hücumçusu rəsmən “Sumqayıt”da!

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Yanvar 2015 • Baxış sayı: 484 dəfə • Şərh yoxdur

Qış fasiləsinə bu gün yekun vuraraq məşqlərə başlayan “Sumqayıt” bir tərəfdən də transfer çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi daha bir sabiq oyunçusunu qaytarıb.

Söhbət ötən mövsümün sonlarında zədələnərək uzun müddətlik sıradan çıxan və bu səbəbdən komandadan ayrılan Pərdis Fərcad-Azaddan gedir. Azərbaycan millisinin hücumçusu köhnə-yeni komandası ilə 6 aylıq müqaviləyə qol çəkib. Onunla yanaşı, hələ qış fasiləsindən öncə “Xəzər Lənkəran”dan ayrılan Uğur Pamuk da “ağ-yaşıllar”a qayıdıb.

Qeyd edək ki, Pərdis Fərcad-Azad 2012-ci ildə “Sumqayıt”a Almaniyanın “Berliner AK” klubundan keçib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın