Menu
Geri İrəli

“Qarabağ”dan 7-ci transfer – Tarik El Yunussi Ağdam klubunda

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Sentyabr 2017 • Baxış sayı: 311 dəfə • Şərh yoxdur
Share Button

7565“Qarabağ” klubu yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini edib.

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb.

Yunanıstanın “Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.

Qeyd edək ki, 28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. Ötən ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın