Menu
Geri İrəli

Qurbanov “Monako” ilə oyundan danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 194 dəfə • Şərh yoxdur

q

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə “Monako” ilə qarşışalacaq.

Ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bölüşüb:

“Bizi çətin oyunun gözlədiyinin fərqindəyik. Buna baxmayaraq, hər şeyin doğrusunu etməyə çalışacağıq. Qrupda 2-ci pillədə qərarlaşmağımıza baxmayaraq, növbəti mərhələyə adlamaq baxımından rəqiblərimiz favoritdi. Hər halda, onların zəngin təcrübəsi belə düşünməyə əsas verir”.

Qurbanov son tura kimi qrupda ilk iki yer uğrunda mübarizənin gedəcəyini deyib:

“Monako” ilə ardıcıl oyunların həlledici olacağını düşünmürəm. Fikrimcə, son tura qədər komandalar arasında mübarizə davam edəcək. Ona görə də indidən nəsə söyləmək çətindi. “Monako” sonradan ulduza çevrilən futbolçular yetişdirməklə adından söz etdirə bilib”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın