Menu
Geri İrəli

Sumqayıt idmançıları Naxçıvanda keçirilən beynəlxalq turnirdə yüksək pillədə qərarlaşıblar

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2016 • Baxış sayı: 734 dəfə • Şərh yoxdur

Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Olimpiya İdman Kompleksində keçirilən karate üzrə beynəlxalq turnirə yekun vurulub.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş beynəlxalq turnir Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Karate Federasiyasının, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Turnirdə 120-yə yaxın qız və oğlan karateçilər fərdi kata, fərdi kumite üzrə yarışlarda qüvvələrini sınayıblar. 10-11 yaş qrupunda Niman Nuriyev (35 kiloqram, Sumqayıt), Nicat Kərimli (41 kiloqram, Sumqayıt) bütün rəqiblərinə qalib gələrək, ən yüksək pillədə qərarlaşıblar.

Turnirdə 12-13 yaş qrupu üzrə kata yarışlarının qalibi adını Sumqayıt idmançısı Aslan Qasımov qazanıb.

Beynəlxalq turnirdə 16-17 yaş qrupunda gənclərin mübarizəsi də gərginliyi ilə yadda qalıb.  Nicat Quluzadə (61 kiloqram, Sumqayıt) və Murad Hacızadə (+76 kiloqram, Sumqayıt) turnirin baş mükafatını qazanıblar.

14792301385727623934_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın