Menu
Geri İrəli

Sumqayıt idmançıları ötən il 935 medal qazanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2014 • Baxış sayı: 381 dəfə • Şərh yoxdur

refaelSumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi 5 mart -Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə tanınmış idmançılar və məşqçi müəllimlərin bir qrupu müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevinin abidəsini və Sumqayıtdakı Şəhidlər xiyabanını ziyarət etmişlər.

Sonra Paralimpiya İdman Kompleksində üzgüçülük üzrə açıq şəhər birinciliyinin açılış mərasimi keçirilmişdir.

Mərasimdə şəhər gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinin tarixi haqqında ətraflı məlumat vermiş, əldə olunan nailiyyətlərdən danışmışdır. Bütün uğurların Azərbaycan Prezidenti İlham Əliyevin idman sahəsinə diqqət və qayğısının bariz nümunəsi olduğunu qeyd edən natiq bildirmişdir ki, Sumqayıt idmançıları təkcə 2013-cü il ərzində respublika və beynəlxalq səviyyəli yarışlarda 935 medal qazanmışlar. Bu medallardan 15-i qızıl, 6-sı gümüş, 17-si bürünc olmaqla dünya və Avropa yarışlarında Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrədir.

Daha sonra tədbir şəhərdə yerləşən “Ülvi” şadlıq sarayında bədii- əyləncəli proqramla davam etmişdir. Tədbirdə çıxış edənlər idmançıları təbrik etmiş, bildirmişlər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bədən tərbiyəsi və idmanın inkişafı strategiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə mövcud siyasi sabitlik və regionlarda tikilən Olimpiya idman kompleksləri respublikamızda beynəlxalq yarışların keçirilməsinə gətirib çıxarmış və müstəqil Azərbaycanı dünya arenasında idman ölkəsi kimi tanıtmışdır.

Tədbirin sonunda 2013-cü ildə əldə etdikləri nəticələrə görə idmançılara və onların məşqçilərinə şəhər gənclər və idman baş idarəsinin fəxri fərmanları və hədiyyələri təqdim olunmuşdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın