Menu
Geri İrəli

“Sumqayıt” “Qarabağ”ın turnirində 2-ci oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2017 • Baxış sayı: 144 dəfə • Şərh yoxdur

828967030news_photosumqayit u-lari“Sumqayıt”ın U-12 komandası Bakı şəhərində “Qarabağ” tərəfindən təşkil olunan turnirdə iştirak edib. Sport24.az xəbər verir ki, finala qədər “Neftçi”, “Rəvan”, “Vətən” və “Qarabağ”ı mübarizədən kənarlaşdıran komandamız son mərhələdə “Neftçi” İKİB ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız minimal hesabla məğlub olaraq, turniri 2-ci pillədə başa vurub. Final görüşündən sonra qaliblər mükafatlandırılıb.

Bundan başqa, yeni mövsümə hazırlaşan “Sumqayıt”ın akademiyası yoxlama oyunları keçirib. U-16 komanda həftə içi “Neftçi” ilə oyunda qüvvəsini sınayıb. Oyunun gedişində 0:2 hesabı ilə məğlub duruma düşən 16 yaşlılar yekunda meydanı 3:3 hesablı heç-heçə ilə tərk etməyə nail olublar.

U-16 komandası:
“Sumqayıt” – “Neftçi” PFK 3:3

Cavidan Abbaszadə, Fərhad Salamzadə, Murad Bağırov

U-12 komandası:
“Sumqayıt” – “Neftçi” İKİB 0:1

Facebook Şərhləndirmə:

Şərhinizi yazın