Menu
Geri İrəli

Sumqayıt şəhərində basketbol üzrə zona yarışı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2015 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

14303280871611613069_750x500“Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilən kütləvi idman tədbirləri çərçivəsində Sumqayıt şəhərində basketbol üzrə zona yarışı keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Abşeron, Xaçmaz, Xızı, Quba rayonlarının və Sumqayıt şəhərinin komandaları iştirak ediblər. Yarışda birinci yeri Abşeron rayonunun, ikinci və üçüncü yerləri isə Sumqayıt şəhərinin komandaları tutublar.

Daha bir idman yarışı Masallı Olimpiya İdman Kompleksində keçirilib. Burada məktəblilər arasında cüdo üzrə zona yarışı olub. Yarışlarda Masallı, Salyan, Lənkəran və Yardımlı rayonlarının, Şirvan şəhərinin komandaları iştirak ediblər. Komanda hesabında birinci yeri Masallı rayonunun, ikinci yeri Şirvan şəhərinin, üçüncü yeri Salyan rayonunun komandaları tutublar.

Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın