Menu
Geri İrəli

“Sumqayıt” stadionunun adı dəyişəcək?!

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyul 2014 • Baxış sayı: 361 dəfə • Şərh yoxdur

futbolARDNŞ-ın nəzdində fəaliyyət göstərən “Azərmikya” sponsoru olduğu “Sumqayıt” klubuna əvvəlki kimi maliyyə verə bilməyəcək. Bunu nəzərə alan klub rəhbərliyi yeni sponsor axtarışına çıxıb və qısa müddətdə istəyinə çatıb. Belə ki, Forvard.az-ın əldə etdiyi məlumata görə, bundan sonra “Sumqayıt”a “Kapital Bank” da sponsorluq edəcək.

Hətta komandanın ev oyunlarını keçirdiyi stadiona bu bankın adının verilməsi də nəzərdə tutulur. Həmçinin futbolçuların geyinəcəyi formaların üzərində də yeni sponsorun adı olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın