Menu
Geri İrəli

Sumqayıtda Bədən Tərbiyəsi və İdman günü qeyd olunub – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2017 • Baxış sayı: 270 dəfə • Şərh yoxdur

“05 Mart-Bədən tərbiyəsi və idman günü” Sumqayıt şəhərində təntənə ilə qeyd olunub.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “05 Mart – Bədən tərbiyəsi və idman günü” münasibəti ilə şəhərin idman təşkilatları rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Dünya və Avropa yarışlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər, Əməkdar məşqçilərin iştirakı ilə silsilə tədbirlər keçirilib.

Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar.

Həmçinin Əlamətdar gün münasibətilə Heydər Əliyev Mərkəzində şəhərin idman ictimaiyyəti ilə də görüş keçirilmişdir. İştirakçılar ilk öncə Gənclər Evinin uşaq və yeniyetmələrinin rəsmləri ilə tanış olublar.

Mərkəzin dəyirmi masa zalında təşkil olunan tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Teymur Səmədov bayram münasibəti ilə iştirakçıları təbrik etmiş, dövlətin digər sahələr kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, idmançılarımızın iştirak etdiyi mötəbər yarışlardan, ölkəmizdə təşkil edilən Beynəlxalq miqyaslı tədbirlərdən, əldə etdiyi yüksək nailiyyətlərdən və bu nailiyyətlərin qazanılmasında Sumqayıt idmançılarının özünəməxsus payı olmasından danışdı. T.Səmədov çıxışını davam edərək şəhər rəhbərliyinin köməyi ilə yaradılan şəraitdən, mütamadi olaraq onların qəbul edilərək mükafatlandırılmasından, 2016-cı ildə şəhərdə Şahmat Məktəbinin təhvil verildiyi, cari ildə isə Mehdi Hüseynzadə adına stadionunda əsaslı təmir və yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə veriləcəyini iclas iştirakçılarının diqqətinə çatdırdı.

Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, “Tərəqqi” medalçısı, Əməkdar Məşqçi Telman Salahov, Əməkdar Məşqçi Ramiz Əliyev, “Sumqayıt” Futbol Klubunun vitse-prezidenti Vaqif Ömərov Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, şəhər İcra hakimiyyəti və aidiyyatı üzrə idman Federasiyaları tərəfindən bədən tərbiyəsi və idman sahəsində gördüyü məqsədyönlü işlər və bu işlərin şəhərdə uğurla davam etdirilməsi, Sumqayıt idmançılarının Milli Olimpiya yığma komandasının tərkibində Braziliyada keçirilən XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirakını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə şəhərin bir qrup idman mütəxəssisinin “Tərəqqi” medalı, “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu” ilə təitif olunmasını xüsusi ilə vurğulamışdır.

Baş İdarənin bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev 2016-cı ildə şəhərdə bədən tərbiyəsi və idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə qısa məlumat vermişdir.

Yekunda Sumqayıt şəhərində bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə bir qrup məşqçi-müəllim Baş İdarənin Plaketi, rəsm sərgisinin iştirakçıları xatirə hədiyyəsi ilə təltif edilmişlər.

Bayram ərəfəsində Baş İdarə tərəfindən idmanın yunan-roma, mini-futbol, stolüstü tennis və üzgüçülük növləri üzrə muxtəlif yaş qruplarında yarışlar keçirilmişdir ki, bu yarışlara 300-ə yaxın iştirakçı cəlb olunmuşdur.

DSC_0043 DSC_0070 DSC_0072

DSC_0075

DSC_0073


DSC_0076 DSC_0081 DSC_00702

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın