Menu
Geri İrəli

Sumqayıtda cüdo turniri keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2016 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

450_eui8ay9db4m5Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində cüdo turniri keçirilib. Turnir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu (GİDF) tərəfindən “GəncSƏN-QalibSƏN” layihəsi çərçivəsində həyata keçirilib.

GİDF-nin prezidenti, layihə rəhbəri Vüsal Məmmədov iştirakçılara Azərbaycan Gənclər Fondunun fəaliyyəti barədə məlumat verib, Fondun fəaliyyət göstərdiyi 5 il ərzində gənclərin dərin rəğbətini qazandığını diqqətə çatdırıb.

Bildirilib ki, bu layihə çərçivəsində cüdo turniri ilə yanaşı, futbol və şahmat turnirləri keçiriləcək, eləcə də Sumqayıt gəncləri ilə bağlı ensiklopedik xarakterli kitab nəşr olunacaq.

12-17 yaşlı yeniyetmə və gənclərin iştirak etdiyi ikigünlük yarışlar 9 çəki dərəcəsi üzrə aparılıb. Sonda qaliblər fəxri fərman və medallarla mükafatlandırılıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın