Menu
Geri İrəli

Sumqayıtda futbol festivalı

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Noyabr 2013 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur

futbol

Sumqayıtda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Top ustası” Futbol Festivalı layihəsi çərçivəsində keçirilən turnir sona çatıb.

 Sportarena.az-ın xəbərinə görə, finalda “Favorit” və “Kimyaçı” komandaları qarşı-qarşıya gəlib.

Final oyununun açılışında çıxış edən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rüstəm Sadıqzadə turnirin dəstəklənməsinə və yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Gənclər Fonduna və layihə rəhbərliyinə minnətdarlığını bildirib, bu cür layihələrin sağlam həyatın təbliği, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması baxımından əhəmiyyətini qeyd edib.

Layihə rəhbəri Vüsal Məmmədov isə festival barədə məlumat verərək bildirib ki, ümumilikdə festivalda 8 komandanın tərkibində 64 gənc aktiv şəkildə iştirak edib.

Daha sonra final qarşılaşması keçirilib. Dramatik keçən oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyən olunub. Penalti vuruşlarını daha sərrast yerinə yetirən “Kimyaçı” qalib gələrək festivalın ən güclüsü olub.

Oyundan sonra komandaların mükafatlandırılması mərasimi keçirilib.

futbol4 futbol6

Facebook Şərhləndirmə:

Şərhinizi yazın