Menu
Geri İrəli

Sumqayıtda Futbol Festivalının açılışı oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2013 • Baxış sayı: 251 dəfə • Şərh yoxdur

Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Top ustası” Futbol Festivalı layihəsinin açılışı olub.

Tədbirdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Vahid Abdullayev, “Sumqayıt” Futbol Klubunun məşqçisi Mübariz Orucov, klubun futbolçusu, Azərbaycan yığmasının keçmiş üzvü Samir Abbasov və başqaları iştirak ediblər.

Açılışda bildirilib ki, Futbol Festivalında gənclərin müstəqil olaraq formalaşdırdığı 8 komanda iştirak edir. Olimpiya sistemi üzrə keçiriləcək yarışlara 64 gənc aktiv iştirakçı kimi qatılacaq. Tədbirdə bildirilib ki, Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsi gənclərin asudə vaxtının səmərəli keçirilməsi, eləcə də idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği baxımından olduqca təqdirəlayiqdir.

Daha sonra açılış oyunu keçirilib. “Dental Dizayn” və “MinA” komandalarının qarşılaşmasından ikincilər 2:3 hesablı qələbə ilə ayrılıb.

IMG_9063

Facebook Şərhləndirmə:

Şərhinizi yazın