Menu
Geri İrəli

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2016 • Baxış sayı: 358 dəfə • Şərh yoxdur

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib - FOTO

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 1 saylı Uşaq Gənclər İdman Məktəbinin akt zalında şəhər Prokurorluğu və Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, şəhər idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 18 – İyun “Azərbaycanda Milli İnsan Hüquqları Günü”nə həsr edilmiş növbəti görüş keçirilmişdir.
İlk olaraq iştirakçılara insan hüquq və azadlıqları haqqında videoçarx nümayiş olunmuşdur. Tədbiri giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş İdarəsinin Təşkilati iş və təsərrüfat sektorunun müdiri Rüfət Mahmudzadə 18 İyun “Milli İnsan Hüquqları Günü”nün tarixi əhəmiyyətindən söz açaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuş və məhz bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanda “Milli İnsan Hüquqları günü” kimi elan olunmuşdur. Qeyd olundu ki, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlət siyasətinin ən başlıca xəttini təşkil edir və bütün dövlət orqanlarının fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri də insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, bu istiqamətdə müvafiq maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
Baş İdarənin Bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev, Sumqayıt Dövlət Universitetinin tələbəsi Fəqan Səfərəliyev çıxışlarında qeyd etdilər ki, Respublikada gedən demokratikləşmə prosesi güclənmiş, yeni inkişaf mərhələsində ictimai həyatın bütün sahələrində uğurlu islahatlar həyata keçirilmiş və əldə olunan nailiyyətlər insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr vermişdir
Tədbirdə Sumqayıt şəhər Prokurorunun köməkçisi Şamil Allahverdiyev iştirak etmişdir

Sonda iştirakçılara Baş İdarə tərəfindən hazırlanmış insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən bukletlər paylanılmışdır.

 

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib - FOTO

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib - FOTO

Facebook Şərhləndirmə:

Şərhinizi yazın