Menu
Geri İrəli

Sumqayıtda tanınmış idmançılarla görüş – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2016 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur

“Azəri İdman Sağlamlıq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “Sumqayıt məktəblərində idmanın təşviqi və pulsuz sambo, cüdo məşqlərinin təşkili” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi orta məktəb şagirdlərində idmana, əsasən də cüdo və samboya maraq oyatmaq, perspektivi olan yeniyetmələri peşəkar məşqçilərin rəhbərliyi altında pulsuz məşqlərə cəlb etmək, beləliklə də idmanın məktəblilər arasında populyarlaşmasına nail olmaq, onları zərərli vərdişlərə qurşanmaqdan çəkindirməkdir.

Bu məqsədə nail olmaq üçün layihədə Sumqayıt şəhərinin orta məktəblərində beynəlxalq yarışlarda uğur qazanmış idmançılar, yetirmələri uğur qazanmış məşqçilərlə görüşlər keçirmək, bukletlər vasitəsi ilə maarifləndirmə-məlumatlandırma tədbirləri həyata keçirmək, məktəblərdə seçmə turnirlər təşkil etməklə idmanın cüdo və sambo növünə marağı, həvəsi və fiziki hazırlığına görə perspektivi olan şagirdlərin seçilərək praktiki olaraq idmanla məşğul olmalarına şərait və imkan yaradılması istiqamətində konkret tədbirlər nəzərdə tutulmuşdur. Həmçinin, aztəminatlı ailələrdən olan perspektivli uşaqların təşkilatın idman zalında sambo və cüdo ilə peşəkar məşqçilərin rəhbərliyi ilə pulsuz məşq etmələrinə şərait yaradılması layihənin əsas vəzifələrindəndir.

Layihə çərçivəsində ilk tədbir Sumqayıt şəhər 19 saylı tam orta məktəbində təşkil olundu. Tədbiri açan “Azəri İdman Sağlamlıq Mərkəzi” İctimai Birliyinin sədri, Azərbaycanın Əməkdar məşqçisi, Respublika Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Mirağa Qiyasov layihənin məqsədi və qarşıya qoyulan vəzifələr barədə iştirakçılara məlumat verdikdən sonra idmanın gənc nəslin təlim -tərbiyəsində, onlara sağlam həyat tərzinin aşılanması və zərərli vərdişlərdən çəkindirilməsində xüsusi əhəmiyyətindən danışdı. Daha sonra 1970-ci ildən Sumqayıt Kompressorlar zavodunun idman zalında sambo üzrə məşqçilik fəaliyyətinə başlamasını, yetirmələrinin Avropa və dünya çempionatlarında 49 medal qazanmasını, 3 yetirməsinin Azərbaycanın Əməkdar məşqçisi, 4 yetirməsinin Beynəlxalq idman ustası, 30-dan çox çox yetirməsinin idman ustası nəticəsini əldə etdiyini qeyd etdi.

Daha sonra görüşdə iştirak edən cüdo üzrə Azərbaycan çempionu, Ümumittifaq turnirlərinin qalibi Mirağa Ağayev, sambo üzrə Azərbaycan çempionu, Avropa çempionatının gümüş mükafatçısı, Avropa klubları çempionatın gümüş mükafatçıslı, dünya birinciliyinin bürünc mükafatçısı Səbuhi Bədəlov,  sambo üzrə idman ustası, Azərbaycan çempionu, dünya çemionatının bürünc mükafatçısı Vüsal Şəfiyev, Azərbaycan çempionu, Avropa çemionatının gümüş mükafatçısı sambo üzrə idman ustası Emin Qualamov, 7 dəfə Azərbaycan çempionu, idman ustası, Avropa və dünya birinciliklərinin iştirakçısı Mehman Xəlilov, sambo üzrə Azərbaycan çempionu Çingiz Ramazanov çıxış edərək böyük idmanda qazandıqları uğurlar barədə tədbirdə iştirak edən şağirdlərə ətraflı məlumat verdilər.

Şagirdlər Sumqayıtın tanınmış idmançılarını böyük maraqla dinlədilər onları maraqlandıran suallarla qonaqlara müraciət etdilər. Qonaqlar da, hər bir şagirdin sualına səmimiyyətlə cavab verir, onları dərslərini yaxşı oxumaqla yanaşı idmanla məşğul olmalarının daha faydalı olmasına inandırmağa çalışırdılar. Tədbirin sonunda qonaqlar şağirdlərlə xatirə şəkilləri çəkdirdilər.

Feyruz Şivəxanov,  Layihənin koordinatorru

13318860_10208449532929494_1465597100_n 13348746_10208449532889493_66095575_n 13349167_10208449532609486_1600753717_n 13407586_10208449531409456_1049600964_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın