Menu
Geri İrəli

“Sumqayıt”ın ev oyunlarında bilet satışı tətbiq olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Avqust 2013 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

Yeni mövsümdən etibarən “Sumqayıt” klubu da ev oyunlarına bilet satışı tətbiq etməyi düşünür.

Sportinfo.Az-ın məlumatına görə, bunun səbəbi komandanın ev oyunlarını keçirəcəyi Sumqayıt İdman Mərkəzinin süni örtüyünün stadionunun tutumunun kiçik olmasıdır.

Belə ki, “Sumqayıt” rəhbərliyi 1200 nəfərlik arenaya qat-qat çox azarkeş gələcəyini nəzərə alıb bilet satışı tətbiq etməyə qərar verib. Böyük ehtimalla biletlərin qiyməti 1 manat olacaq.

Ancaq həftəsonu keçiriləcək “Sumqayıt” – “Xəzər Lənkəran” matçı bu sıreaya aid ediləməyəcək və bu qarşılaşmaya giriş pulsuz olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın