Menu
Geri İrəli

“Sumqayıt”ın futbolçuları milli komandaya çağrılıblar

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2016 • Baxış sayı: 595 dəfə • Şərh yoxdur

sumqayit futbol2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də səfərdə San Marino yığması ilə qarşılaşacaq, bu oyuna hazırlıq məqsədilə avqustun 24-dən sentyabrın 2-dək Bakıda təlim-məşq toplanışı keçirəcək, sentyabrın 2-də San Marinoya yola düşəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. SİA-nın məlumatına görə,”Sumqayıt” futbol klubunun üzvü Kamran Ağayev də A milli komandaya çağırılıb.

Bundan başqa, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da “Dalğa Arena”da Farer adaları komandası ilə qarşılaşacaq, bu oyuna hazırlıq məqsədilə avqustun 24-dən etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq Azərbaycan yığmasının da heyəti məlum olub. Bu heyətdə “Sumqayıt” FK-nın 3 üzvü – Azər Salahlı, Tərlan Əhmədli və Xəyal Nəcəfov da yer alıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın