Menu
Geri İrəli

Yeni transfer “Sumqayıt”dan niyə gedib? – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2015 • Baxış sayı: 368 dəfə • Şərh yoxdur

969565_fanat_azBu günlərdə “Sumqayıt” daha bir futbolçu ilə yollarını ayırdı. Söhbət təxminən iki ay öncə “Neftçala” klubundan transfer olunan Məhəmməd Alıyevdən gedir.

Hücumçu ilə müqavilənin pozulmasına səbəb isə gənc forvardın komandaya qoşulduqdan sonra özünü istənilən kimi göstərə bilməməsidir. Komandadan gözlənilmədən ayrılmasına “Reader.az” saytı vasitəsi ilə aydınlıq gətirən Alıyev isə məsələ ilə bağlı bunları dedi: “Ola bilsin ki, komandaya gələndən özümü tam olaraq göstərə bilmədim. Bunun səbəbi isə özümü “Sumqayıt”da rahat hiss etməməyim idi, ancaq bu haqda çox danışmaq istəmirəm. Açığı, komanda rəsmilərindən biri mənə məşqçilər korpusunun məni Premyer Liqa matçlarında oynatmayacağını bildirdi. Məşqçilər korpusunun mənə çempionat qarşılaşmalarında şans verməyi düşünmədiyi məlum olandan sonra qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verdik. Təbii ki, bu şərtlər daxilində klubda qala bilməzdim. Ancaq istənilən halda, həm “Sumqayıt”a, həm də digər elita klublarına uğurlar arzu edirəm”.

Tural

Facebook Şərhləndirmə:

Şərhinizi yazın