Menu
Geri İrəli

2 milyondan çox azərbaycanlının banklara borcu var

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2015 • Baxış sayı: 336 dəfə • Şərh yoxdur
Share Button

kredit5

AMB-nin son hesabatı.

Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatına görə, 2015-ci ilin sentyabrın 1-nə Azərbaycanda 2 milyon 488 min nəfər borcalan (kredit borcu olanlar-red.) qeydə alınıb.

Bu da 2015-ci ilin yanvar ayının 1-i ilə müqayisədə 171 min 760 nəfər çoxdur.

Cari ilin avqustun yekunlarına görə, xidmətin bazasında Azərbaycan vətəndaşlarına verilmiş 10 milyon 280 mindən çox kredit haqqında informasiyalar saxlanılır.

AMB-nin məlumatına görə, sentyabrın 1-nə olan məlumata görə, xidmətə 279 min sorğu daxil olub ki, sorğuların 95%-dən yuxarı hissəsi banklar tərəfindən edilib.

Bundan başqa, qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 1 milyon 952 min borcalan, 2012-ci ildə 1 milyon 540 min borcalan qeydə alınıb.

Qeyd edək ki, cari ilin avqustun nəticələrinə görə, zamin şəxslərin sayı son bir ayda 1618 nəfər artaraq 1 milyon 159 min nəfər təşkil edib.

Məlumat üçün bildirək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın