Menu
Geri İrəli

Avtobuslarda gediş haqqı qaldırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2014 • Baxış sayı: 378 dəfə • Şərh yoxdur

bus_150213_new_420x250_0_420x250

“Binə” və “Sədərək” Ticarət mərkəzlərinə gedən bəzi marşrut avtobuslarında son günlər süni qiymət artımı müşahidə olunur.

 

 

 

İnterAz xəbər verir ki, bu barədə AzVision.az-a sərnişinlər məlumat verib. Bildiriblər ki, paytaxtın müxtəlif istiqamətlərindən sözügedən ticarət mərkəzlərinə gedən avtobuslarda gediş haqqı qaldırılaraq 40 qəpik olub. Halbuki, gediş haqqı əvvəllər 30 qəpik idi. Yeni qiymətlər 3-4 gündür tətbiq edilir.

 

 

 

Sürücülər isə bildiriblər ki, gediş haqqının artırılması ilə bağlı marşrut sahibləri tərəfindən tapşırıq alıblar.

 

 

 

Süni qiymət artımı ilə bağlı AzVision.az Nəqliyyat Nazirliyinə müraciət etsə də, nazirlikdən məsələ ilə əlaqədar cavab ala bilməyib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın