Menu
Geri İrəli

Beynəlxalq Bank işində yeni həbslər olacaq – Vaxt başa çatdı

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2015 • Baxış sayı: 209 dəfə • Şərh yoxdur

1374563909_azerbaijan-beynelxalq-banki

Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayevin işdən çıxarılması Beynəlxalq Bankla bağlı kredit qalmaqalı ilə əlaqəlidir. Hətta onun həbs ediləcəyi barədə də iddialar var.

Bu xəbəri “Azadlıq” qəzeti yayıb. Xəbərdə bildirilir ki, yaxın günlərdə “kredit qalmaqalı” ilə bağlı yeni həbslər dalğası başlayacaq. İddialara görə, əsasən Beynəlxalq Bankdan kredit götürən Cahangir Hacıyevə yaxın şirkətlərin məsul işçiləri cinayət məsuliyyətinə cəlb olunacaq. Qəzet bu şirkətlərin sayının 40-a yaxın olduğunu yazır. “Kredit qalmaqalının ilk günlərində onlardan çoxunun rəhbəri DIN-inin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdı. Bəziləri kredit borcunu ödədidiyinə görə sərbəst buraxılmışdı. Bəziləri isə hələ də həbsdədir. Möhlət verilən şirkətlər də var. Bildirilir ki, artıq onlara verilən müddət başa çatıb. Lakin hələ də kreditlər ödənilməyib. Ona görə də onların həbs olunması barədə qərar verilib”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın