Menu
Geri İrəli

Beynəlxalq Bankın işində problem yarandı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2014 • Baxış sayı: 366 dəfə • Şərh yoxdur

beynelxalq bank

“Sistemin fəaliyyəti tam bərpa olunub”.

 

Beynəlxalq Bankın fəaliyyəti artıq bərpa edilib.

 

Oxu.Az xəbər verir ki, bu barədə ANS PRESS-ə açıqlamasında Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev məlumat verib. O bildirib ki, sistemdə kiçik bir problem yarandığı üçün iş bir müddət dayanıb:

 

“Son günlər rüblük və məzuniyyətə görə aparılan əməliyyatların artması sistemdə problem yaradıb. Bu problemi aradan qaldırmaq üçün sistemi tam dayandırmaq lazım gəldi. İT mütəxəssislərin müdaxiləsindən sonra məsələ həll olunub və sistemin fəaliyyəti tam bərpa olunub”.

 

Qeyd edək ki, Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanmışdı. Fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub.

 

11:25

 

Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb.

 

Oxu.Az xəbər verir ki, bu barədə ANS PRESS-in “qaynar xətti”nə məlumatlar verilir.

 

Fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Bankın məlumat bürosundan bildirilib ki, dünən texniki dəstək göstərilərək sistemi bərpa etmək mümkün olsa da saat 17:30-dan sonra yenidən problem yaranıb.

 

Hazırda Beynəlxalq Bankın bütün filiallarında iş dayanıb:

 

“İT xidməti problemi aradan qaldırmağa çalışır. Təxminən 1,2 saat ərzində problem həll olunacaq”,- deyə bürodan bildirilib.

 

Qaynar xəttinə daxil olan məlumata görə, işçilər filiallardan çıxarılıb və sistemə müdaxilə olunur. Şahidlər bildirib ki, hazırda bankın sistemində yaranan nöqsanların həlli üçün İT xidməti fəaliyyət göstərir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın