Menu
Geri İrəli

“Dollar 2 manat olmayacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2016 • Baxış sayı: 367 dəfə • Şərh yoxdur

elman rustemov“Atılan vacib addımlardan biri bankdan kənarda valyuta mübadiləsi aparan məntəqələrin ləğvi olub. Həmin məntəqələr müəyyən ajiotaj yaradırdı.

Bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə 200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib. Artıq mübadilə əməliyyatları bankların daxilində aparılır və bu amil ajiotajın aradan qalxmasına səbəb olacaq. Neftin qiymətinin 25-30 dollar ətrafında proqnozlaşdırıldığından makroiqtisadi sabitlik üçün iqtisadiyyat neftin qiymətinə uyğunlaşdırılmalıdır”.
Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə deyib. O qeyd edib ki, əlləri təmiz olmayan müəyyən möhtəkirlər valyuta kursunun qaldırılması istiqamətində çalışırdı.

“Lakin, siz görürsünüz ki, hazırda valyuta bazarında situasiya sabitləşib. Digər tərəfdən atdığımız addımlar bütövlükdə bazarın valyutaya olan ilkin ajiotaj tələbatının, psixoloji tələbatının ödənilməsidir. Dünənki son auksionda bizim təklif etdiyimiz valyutanın hamısı alınmadı.

Dəvət etdiyimiz 35 bankdan cəmi 28 bank auksionda iştirak etmişdi. Bu onu göstərir ki, bazarda artıq sabitləşmə prosesi gedir. Lakin məzənnə üzür, üzməkdə davam edir”.

Baş bankir qeyd edib ki, manatın kursu ilə bağlı elektron saytlarda şayiələr yayılır, lakin bunların heç bir əsası yoxdur.

“Bu gün şayiələr gəzir ki, guya dolların məzənnəsi 2 – 2,5 manat olacaq. Bu söz-söhbətlər həqiqəti əks etdirmir. Bütün iqtisadi proseslər sabitləşməyə xidmət etməlidir və bu sabitləşmə üzərində iqtisadiyyatın qurulmasıdır. 2015-ci ilin ilk devalvasiyasına qədər ən çox inkişaf edən bank sektoru idi. Kapitallaşma 18 faiz, 2dəfədən çox idi.

Problemli kreditlərin sayı 5 faizdən çox idi. 10-12 ildə banklar 80 milyon kredit veriblər, iqtisadiyyatı stimulaşdırıblar. Ən çox təsirlənən sistemlərdən biri bank sektoru oldu, amma bank sektoru bir neçə adı çəkilən bankları kənara qoysaq kifayət qədər sabitdir. Kiçik kreditlərə gəlincə, E.Rüstəmov qeyd edib ki, bunlara addım-addım baxılır.

“Bu gün hökumətin həddindən artıq gündəliyi var. Yəqin ki bu məsələyə qayıdılıb, müzakirə olunacaq və ictimaiyyət də məlumatlandırılacaq. Cəmiyyəti bu gün ən çox düşündürən məsələ manatın sabitliyidir. Manat valyuta deyil, dövlət simvioludur.

Digər tərəfdən çox ümumiləşdirilmiş iqtisadi məfhumdur. Bu gün Azərbaycan iqtisadiyyatını ifadə edən milli valtyuta onun məzənnəsidir. Nefti ətrafında yaşanan situasiya yeni inkişaf mərhələsinə aparan çağırışdır və biz bunun öhdəsindən gələcəyik”.

Aytən Zəhra

Facebook Şərhləndirmə:

Şərhinizi yazın