Menu
Geri İrəli

Dolların məzənnəsi dəyişmədi, avro isə bahalaşdı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Yanvar 2017 • Baxış sayı: 549 dəfə • Şərh yoxdur

avro dollarAzərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 12-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 11-i ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8719 manatdan 1,8809 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0295 manatdan 0,0297 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4648 manatdan 0,4574 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1575 manatdan 2,1656 manatadək bahalaşıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,6472 manatdan 0,6482 manatadək bahalaşıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın