Menu
Geri İrəli

Mərkəzi Bankdan tələbləri pozan banklara – Xəbərdarlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2015 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur

90296

Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya banklarının valyuta mübadiləsi məntəqələri ABŞ dollarının alış-satış məzənnəsinin müəyyənləşdirilməsi prosesində Mərkəzi Bankın (AMB) marja ilə bağlı tələbnaməsini pozub. 

Bakı şəhərinin bir çox yerində mübadilə məntəqələri əhalidən dolları 0,85-0,90 AZN/USD məzənnəsi ilə alır. Halbuki AMB-nin tələbnaməsinə əsasən, icazə verilən marja +/-2% təşkil edir.

 

Yəni, valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2% ucuz və 2% baha (alış minimum 1,029 AZN/USD, satış isə maksimum 1,071 AZN/USD) ola bilər. Faktiki olaraq, paytaxtdakı valyuta mübadiləsi məntəqələri icazə verilən marjanı 7-10 dəfə aşıb və alışı rəsmi məzənnədən 14-19% aşağı qiymətlə həyata keçirir.

 

AMB-dən sayta bildirilib ki, tələbləri pozan banklara qarşı tədbir görüləcək.

 

Qeyd edək ki, bu gün səhər saatlarında “Muğan Bank” ASC-nin bir neçə filial və mübadilə məntəqəsi dolların alışını 0,85 AZN/USD məzənnəsi ilə həyata keçirib və bunu baş ofisdən aldığı rəsmi göstərişlə əsaslandırıblar.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın