Menu
Geri İrəli

Proqnoz: Sabah dolların rəsmi məzənnəsi 1,71 manata yaxın olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2016 • Baxış sayı: 269 dəfə • Şərh yoxdur

dollar5Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 18-nə olan rəsmi məzənnəsini 1,7089 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. “Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi məhz bu səviyyədə olub.

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz 2-ci seansı yekunları əsasında müəyyənləşdiriləcəyi ehtimal edilir. Bu isə məzənnənin 0,29% artması deməkdir.

Növbəti iş gününə (noyabrın 18-nə) rəsmi məzənnə 1,7089 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə bu gün (1,7039 AZN/USD) qeydə alınıb.

Qeyd edək ki, hərracda 35 mln. ABŞ dolları həcmində valyuta kütləsi satışa çıxarılıb və vəsaitin hamısı satılıb.

“Report”un analitik qrupu isə noyabrın 18-nə olan AMB-nin rəsmi məzənnəsinin 1,71 AZN/USD səviyyəsini keçəcəyini

Facebook Şərhləndirmə:

Şərhinizi yazın