Menu
Geri İrəli

Qərbin İranla razılaşması neftin 20 dollar ucuzlaşmasına səbəb ola bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2015 • Baxış sayı: 312 dəfə • Şərh yoxdur
Qərbin İranla razılaşması neftin 20 dollar ucuzlaşmasına səbəb ola bilər

  İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların müsbət nəticə verməsi İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına və bu ölkənin neftinin dünya bazarlarına çıxmasına şərait yaradır.

 “APA-Economics” RBK-ya istinadən xəbər verir ki, sanksiyaların aradan qaldırılmasının perspektivi barədə xəbər aprelin 2-də dünya birjalarında qısa müddətlik neftin 4% ucuzlaşmasına səbəb olub.
“Əgər nəzərdə tutulan razılıq yekunda qüvvəyə minərsə, növbəti aylarda neft bazarında volatillik müşahidə oluna bilər. Belə olan təqdirdə qiymətlər 10, hətta 20 dollar ucuzlaşa bilər”, – deyə “Capital Economics” şirkətinin analitiki Tomas Pyu bildirib.
Eyni zamanda, “Bloomberg” agentliyi yazır ki, İran neftinin dünya bazarlarına dönüşü “qara qızıl”ın qiymətini 1 barelə görə 10 dollar azalda bilər.
Agentliyin keçirdiyi sorğuya cavab olaraq bəzi ekspertlər bildirib ki, yaxın zamanda neftin qiyməti istənilən halda azalacaq. Proqnozların əksəriyyəti 40 dollar üzərində cəmləşir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın