Menu
Geri İrəli

SIĞORTA ŞİRKƏTLƏRİNƏ SƏRT XƏBƏRDARLIQ – “Elə etməyin ki, cəza tədbirlərinə əl ataq”

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Mart 2014 • Baxış sayı: 372 dəfə • Şərh yoxdur

Dövlət Sığorta Nəzarəti Xidməti sığorta hadisələri zamanı ödənişlərin azaldılması və ya ödənişdən ümumiyətlə imtina eiəlməsi ilə bağlı sığorta şirkətlərinə sərt xəbərdarlıq edib. Fins.az-ın məlumatına görə, xidmət rəhbərliyi belə hallara yol verən şirkətlərə qarşı cəza sanksiyaları tətbiq ediləcəyini, hətta həmin şirkətlərin rəhMüşfiq İsrafilov - DSNXbər işçilərinin vəzifədən uzaqlaşdırılacağını da istisna etməyib.

“O qiymətə avtomobil varsa, alıb versinlər”
DSNX-ə daxil olan şikayətləri araşdıran xidmətin rəis müavini Müşfiq İsrafilov sığorta şirkətlərini avtomobillərə dəyən zərəri qiymətləndirərkən və müştərilərlə rəftarda ədalətli və obyektiv olmağa çağırıb. Onun sözlərinə görə, bəzən qiymətləndirmədə o qədər kəskin fərq olur ki, “dəfələrlə vətəndaşlar müraciət edir ki, əgər avtomobilin qiyməti 12 min manatdırsa, mənə həmin avtomobili alıb mənə təmin etsin”.

“Bəlkə də heç öz işçiləriniz də sizə etibar eləmir”
M.İsrafilov sığortka şirkətlərinin nümaynədələrini belə halları araşdırarkən obyektiv olmamaqda və şirkətin mənafeyini düşünməkdə itiham edib. “Ola bilər bəzi şirkətlərdə zərərin tənzimlənməsi şöbələrində çalışanlar öz səhmlarlarının mənafeyini düşünürlər, amma onlar bu işi daha həqiqətəuyğun şəkildə tənzimləməyə çalışmalıdırlar”.
M.İsrafilov bəzən ödənişərin əsassız olaraq ləngidildiyini də bildirib: “Biz baxmalıyıq ki, həmin şəxsin yerində mən olsaydım nə edirdim. Bəzən 270-300 manat ödənişin verilməsi 2-3 həftə çəkir. Vətəndaşları dinləyəndə adama elə gəlir ki, zərərləri tənzimləyən işçilər rəhbərliyə vəziyyəti olduğu kimi çatdırmır. Doğrudur, haqsızları da var. Amma əsassız imtinaların sayı 41% təşkil edirsə, bu ciddi rəqəmdir”.
Xidmətin rəis müavini işarə edib ki, belə rəftar və belə davranış şirkətlərə nəinki xeyir gətirməyəcək, əksinə, onların imicinə zərbə vuracaq. Onun sözlərinə görə, belə hallara yol verən sığorta şirkətləri hətta xidmətin əməkdaşları arasında da pis imicə malik olurlar: “Bəzən biz özümüz sığorta nəzarəti xidmətində 8-10-12 nəfər, hansı ki, bu hesabatları yoxlayan, təhlil edən və ya bu məsələlərlə bağlı səyyar yoxlama aparan adamlardır, öz aramızda qiymətlənidirmə aparırıq ki, gəlin şərti olaraq pis, orta və yaxşı şirkətləri müəyyənləşirək. Və sonda soruşuruq ki, siz  avtomobilinizi və evinizi harada sığortalatdırardınız. Və o nəticələri biz müzakirə edirik”.
Rəis müavini bildirib ki, bəzi şirkətlər müştərilərlə elə rəftar edirlər ki, hətta şirkətlərin öz işçilərinin də onun xidmətlərindən istifadə edəcəyi şübhə doğurur: “Bəlkə də sizdə zərərlərin tənzimlənməsi departamentinin işçiləri var ki, onlar özləri öz avtomobillərini və evlərini işlədiyi sığorta şirkətlərində sığortalamağa maraqlı deyillər”.

“Sığorta agentləri danışsa “çox şeyin üstü açılacaq”
Rəis müavini sığorta şirkətlərinə xatırladıb ki, yaxın vaxtlarda sığorta vasitəçilərindən də hesabataların alınmasına başlanacaq və o zaman şirkətlərin yol verdiyi mənfi hallar bardə daha çox məlumat aşkar ediləcək: “Hamınıza bəllidir ki, istənilən sığorta vasitəsini dinlədikdə və hesabat aldıqda daha çox həqiqət üzə çıxacaq bunu da nəərə alın. Ona görə də elə edək ki, şikayətlər 2 dəfə artmasın”.

“Elə etməyin ki, cəzalara başlayaq”
M.İsrafilov bildirib ki, belə hallar davam etsə, Sığorta Nəzarəti Xidməti kəskin tədbirlərə əl ata bilər. Onnu sözlərinə görə, DSNX-nin həm tənzimləmə, həm də nəzarət funksiyaları olsa da, hələlik xidmət yalnız tənzimləmə funksiyasına üstünlük verir: “Bazardakı mənfi hallar və tendensiyalarla rastlaşanda cəza və sanksiyalara əl atmaqdansa, həmin halları aradan qaldırmağa çalışırıq”.
DSNX-in rəis müavinini xatırladıb ki, dövlət başçısı məmurların ölkə vətəndaşlarına qarşı necə davranmalı olduğunu bəyan edib və bu təkcə dövlət məmurlarına yox, hamıya aiddir: “Yəni vətəndaşı müqavilə bağlayanda ona rahatlıqla qəbul edirik, amma şikayətə gələndə, ödənişdən imtinaya gələndə davranışımız və rəftarımız dəyişir. Niyə belə olmalıdır, axı biz də, siz də onlara görə, vətəndaşlara görə mövcuduq?!”.
Bundan sonra M.İsrafilov şirkətlərə birbaşa xəbərdarlıq edib: “Bunu xəbərarlıq kimi də qəbul edə bilərsiniz. Bizim müşahidələrimiz davam edir. Biz 2013-cü ilin iyun ayında İSB-nin 12 üzvündən 9-a icrası məcburi olan göstərişlər vermişik, və 7-ə son xəbərdarlıq edilməklə təqdimatlar təqdim etmişik. Elə olmasın ki, bizim işimiz daha çox nəzarətə aid olsun və bu da sanksiyalar və inzibati tədbirlərlə nəticələnsin və məsuliyyətlərə səbəb olsun”.
Rəis müavini xatırladıb ki, Sığorta Nəzarəti Xidməti hətta özəl şrkətlərin rəhbərlərinin də işdən uzaqlaşdırılmasına nail ola bilər: “Qanunvericilik də imkan verir ki, il ərzində 2 və daha artıq inzibati tənbeh və inzibati məsuliyyətlərə cəlb olmuş şəxslərin işdən azad edilməsi barədə sığorta nəzarəti xidməti onun rəhbərliyi qarşısında məsələ qaldırsın. Yəni bu şəxslərin işdən kənarlaşdırılması mümkündür”.
Xidmət nümayəndəsi belə halların yaxın vaxtlarda baş verəcəyini istisna etməyib: “Biz qanunları yaxşı oxyuruq, amma qanunda özümüzə aid hissələri də yaxşı oxumayılıq. İndiyədək belə hallar olmayıbsa da, gələcəkdə böyük ehtimal ki bütün bunlar olacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın