Menu
Geri İrəli

Stavropolda keçirilən forumda Sumqayıtla bağlı nə danışıldı?

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2017 • Baxış sayı: 200 dəfə • Şərh yoxdur
Share Button

50dbb9c1-18ac-4c49-b02c-ee71c57d459b_292“Azərbaycan sənaye sahəsində Rusiya-Azərbaycan əməkdaşlığında iştirak etmək istəyən Rusiya şirkətləri üçün məlumat turları təşkil etməyə hazırdır”.

“Report” “Vestnik Kafkaza”ya istinadən xəbər verir ki, bu barədə Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda tematik dəyirmi masada bildirilib.

Sumqayıt Texnologiyalar Parkının (STP) baş direktorunun birinci müavini Kamran Abbasov 250 hektar ümumi sahəyə, minlərlə işçiyə, müxtəlif profillə 17 zavoda malik olan STP-nin Rusiyadan olan tərəfdaşlarla əməkdaşlıqda son dərəcə maraqlı olduğunu bildirib.

“Zavodlarımız ən yaxşı avadanlıqlarla təchiz olunub və Rusiyaya məhsullar tədarük etməyə hazırdır. Hazırda Polimer Məhsullar Zavodunun məhsullarının Rusiya bazarına çatdırılması ilə bağlı danışıqlar gedir”, – K.Abbasov deyib.

O, STP və Sumqayıt Kimya Sənayesi Parkının imkanları haqqında Rusiyada məlumatın az olmasını da vurğulayıb.

Onun sözlərinə görə, STP-nin layihələri arasında regionda şaquli xətlərdə kabellər istehsalı ilə məşğul olan yeganə zavod da var.

“STP-də 6 laboratoriya fəaliyyət göstərir, park müdafiə sənayesinin layihələrini həyata keçirməyə hazırdır. Bu işi Rusiya Federasiyası ərazisində də davam etdirmək planlarımız var və biz buna hazırıq”, – baş direktorun birinci müavini bildirib.

Klasterlər və Texnologiyalar Assosiasiyasının direktoru Andrey Şpilenko Rusiyanın sənaye istehsalı, eləcə də təcrübə mübadiləsi sahəsində Azərbaycanla əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Müzakirələr zamanı Azərbaycan tərəfi birgə istehsalın inkişafı üçün hər iki ölkədə həyata keçirilən layihələr haqqında daha ətraflı məlumat toplamaq lazım olduğunu qeyd edib. Məhz elə bununla əlaqədar Azərbaycanın İqtisadiyyat Nazirliyi respublikadakı şirkətlərə infoturlar təşkil etməyə hazır olduğunu bildirib.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də oxşar əməkdaşlığa hazır olduğunu qeyd edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın