Menu
Geri İrəli

Sumqayıt Təlim, Tədris Mərkəzində SOCAR Polymer” əməkdaşları üçün buraxılış imtahanları keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2017 • Baxış sayı: 195 dəfə • Şərh yoxdur

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində (STTM) “SOCAR Polymer” MMC şirkətinin əməkdaşları üçün yekun buraxılış imtahanları keçirilib.
Xeberle.com SOCAR-ın saytına istinadən xəbər verir ki, 2016-cı ildə TTSİ və “SOCAR Polymer” MMC şirkəti arasında “Kadr hazırlığı haqqında” bağlanmış müqaviləyə əsasən, TTSİ-nin 3 təlim mərkəzində (Kadr hazırlığının təşkili mərkəzi, Sumqayıt Təlim, Tədris Mərkəzi və Qobustan Regional Təlim Mərkəzi) 3 və 6 aylıq, eləcə də 1 illik kurslarda “SOCAR-POLYMER” MMC şirkətinin əməkdaşlarının 5 ixtisas üzrə hazırlanması nəzərdə tutulub.
STTM-də “Aparatçı”, “Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” və “Elektrik montyoru” peşələri üzrə ümumilikdə 33 nəfərin hazırlanması başa çatdırılıb. İmtahanlarda iştirak edən TTSİ-nin rəisi Fuad Süleymanov yekun imtahanların tam obyektiv və şəffaf keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırmış və gənclərə gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb.
TTSİ və “SOCAR Polymer” MMC şirkətinin mütəxəssislərinin iştirakı ilə keçirilən imtahanlar zamanı STTM-də təhsil almış 33 nəfər gənc imtahan komissiyası qarşısında öz bilik və bacarıqlarını nümayiş ediriblər. İmtahan nəticələri dinləyicilərin hazırlığının çox yüksək səviyyədə olduğunu göstərib.

1492427814_15 1492427867_14

Facebook Şərhləndirmə:

Şərhinizi yazın