Menu
Geri İrəli

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Avqust 2017 • Baxış sayı: 3,100 dəfə • 1 şərh
Share Button

1STPSumqayıt Texnologiyalar Parkı MMC satış təmsilçisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, sürücülük vəsiqəsi və şəxsi avtomobili olan, analoji sahədə ən azı 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 31-dir.

Vəzifə öhdəlikləri:

• Aktiv müştəri bazasının artırılması
• Gündəlik marşrut üzrə satış nöqtələrinin ziyarəti
• Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişlərin həyata keçirməsinə nəzarət
• Malların standartlarına uyğun olaraq yerləşdirilməsi
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi
• Yeni məhsulları tanıtmaq
• Məhsulların tənzimlənməsi və varlığının yoxlanması
• Bakı şəhəri və bölgələri üzrə müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı
• Mövcud müştərilərə əlaqələrin qorunub saxlanması və sifarişlərin qəbulu

Təhsil/Təcrübə:

• Ali təhsilli olmalı
• Sürücülük vəsiqəsinə və şəxsi avtomobilə malik olmalı
• Bakı şəhərini və rayonları yaxşı tanımalı
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi olmalı
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli
• Azərbaycan dilində sərbəst danışmalı,  Rus və İngilis dillərini sənədləşmə səviyyəsində bilməli
• Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı
• İşgüzar və məsuliyyətli olmalı

Əlavə məlumatlar:

• Maaş: razılaşma əsasında + satışdan faiz
• Əlavə olaraq yanacaq və avtomobilin amortizasiya xərcləri habelə şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə
• E-mail: info@stp.az

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA” yazısına bir cavab

  1. Arif deyir:

    Ali tehsili olmalidir ne demekdir? Yeni incesenet sahesinde diplomu olan da ishleye biler bu sahede? Size hansi sahede ali tehsil almish mütexessis lazimdi? Elani bir deqiqleshdirib sonra vermek lazimdi.

Şərhinizi yazın