Menu
Geri İrəli

Sumqayıtda reallaşdırılan 24 layihəyə 537 min manat güzəştli kredit ayrılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2017 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur

Sumqayıtda son illərdə aparılan işlərin davamı olaraq 2016-cı ildə Sahibkarlığa Kömək Milli Fondundan 24 layihə üzrə 537 min manat güzəştli kredit alınıb.

Şəhər icra hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, Sumqayıt Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirib. Belə ki, mərkəzdə 11 min 306 nəfər işaxtaran kimi qeydiyyata alınıb və 6 min 149 nəfər işlə təmin edilib. Sosial müdafiəyə ehtiyacı olan sakinlərin maddi rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərə xüsusi önəm verilir.

Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi 51 min 200 nəfərə pensiya və müavinət verilməsi üzrə xidmət göstərib. Bundan əlavə, şəhərdə ötən il 1249 nəfərə müavinət, 974 nəfərə isə sosial müavinət verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın