Menu
Geri İrəli

Tahir Mirkişili: TAP Azərbaycan qazının Avropaya ixracında mühüm layihədir

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2016 • Baxış sayı: 562 dəfə • Şərh yoxdur
Share Button

tahir mirkishiliMayın 17-də Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik boru kəməri – TAP-ın təməli qoyulub. Bununla bağlı keçirilən mərasimdə layihənin Avropanın enerji təhlükəsizliyindəki mühüm rolu bir daha vurğulanıb. Layihə Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.

“İki sahil” qəzetinə açıqlamasında layihənin Azərbaycan üçün əhəmiyyətindən danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili vurğuladı ki, TAP layihəsi Cənubi Qafqaz Qaz Boru Kəmərinin və TANAP-ın davamıdır. TAP layihəsi Azərbaycan qazının Avropaya çatdırılmasının sonuncu məntəqə (Last Mile) hissəsidir: “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Nəzərə alaq ki, bu, 45 milyard dollarlıq layihədir. Onun Avropa enerji bazarının təminatında böyük rolu var. 17 may tarixində TAP layihəsinin təməlinin atılması bütövlükdə Azərbaycan qazının Avropaya ixracı üçün mühüm əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də Avropa Birliyi üçün bu layihənin strateji mahiyyəti var, eyni zamanda layihənin həm Azərbaycana, həm tranzit ölkələrə, həm də Avropa Birliyinə böyük iqtisadi səmərə gətirəcəyi də reallığa çevrilməkdədir. Hesab edirəm ki, Yunanıstanda TAP kəmərinin təməlinin qoyulması bütün dünyaya göstərdi ki, bu, bir xəyal, əfsanə deyil, gerçəklikdir. Artıq Azərbaycanın nefti kimi, qazı da Avropa bazarına çıxış yolu əldə edir və yeni alternativ enerji mənbəyi funksiyasını yerinə yetirir.”

T.Mirkişili qeyd etdi ki, Azərbaycan-Avropa Birliyi əlaqələri strateji məcrada inkişaf etməkdədir: “Avropa Birliyi Azərbaycan üçün texnologiya, innovasiya və təcrübə məkanıdır. Azərbaycan Avropa Birliyi üçün etibarlı tərəfdaş və enerji daşıyıcılar istehsalı mənbəyi kimi strateji əhəmiyyətə sahibdir. “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində Avropa Birliyinin müsbət qərarları hər iki tərəfin iqtisadi və strateji münasibətləri daha da inkişaf etdirmək niyyətindən xəbər verir. Hesab edirəm ki, hər keçən gün Azərbaycanın Avropa Birliyi üçün strateji əhəmiyyəti daha da artmaqdadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi ilə həyata keçirilən belə regional layihələrin iqtisadi və strateji əhəmiyyəti onların daha tez reallaşmasını labüd etməkdədir.”

Orxan Vahidoğlu, “İki sahil”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın