Menu
Geri İrəli

Valutadəyişmə məntəqələri ancaq mehmanxana və hava limanında olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2016 • Baxış sayı: 340 dəfə • Şərh yoxdur

ANS PRESS-in məlumatına görə, bu barədə Mərkəzi Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi mətbuat xidmətinin katibi Namiq Əliyev sorğumuza cavab olaraq, bildirib.

Onun sözlərinə əsasən, banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında həyata keçirilir.


Namiq Əliyev – AMB-nin əməkdaşı

“Son zamanlar valyuta mübadilə əməliyyatların həcminin artması ilə əlaqədar kommersiya bankları tərəfindən əməliyyatlarını daha səmərəli və çevik tənzimlənməsi, əməliyyatlara nəzarət prosedurunun gücləndirilməsi məqsədilə, eləcə də xidmət şəbəkələrinin və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində aparılan işlərin davamı olaraq valyuta mübadiləsi əməliyyatlarının mübadilə şöbələrində həyata keçirilməsi məhdudlaşdırılmış, mübadilə şöbələrinin fəaliyyətinə əsasən xitam verilib”.

Yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) operativ valyuta mübadilə ehtiyaclarının qarşılanması məqsədilə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir.

“Məlumat üçün bildirik ki, hazırda əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə banklar kifayət qədər geniş xidmət infrastrukturuna malikdirlər. Bankların 914 filial və şöbəsi fəaliyyət göstərir ki, bunların da 458-i regionlarda yerləşir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın