Menu
Geri İrəli

Bir bayatı haqqında

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Yanvar 2014 • Baxış sayı: 553 dəfə • Şərh yoxdur

bayati3Şifahi xalq yaradıcılığı nümunələri olan bayatılar əsrlərcə ağızdan-ağıza keçərək bugünümüzə qədər yol  gəlib. Çoxlarımızın əzbərdən bildiyi neçə-neçə dürlü bayatı var. Amma fərqinə varmırıq ki, bu bayatıların bəziləri zaman-zaman təhrifə uğrayıb, necə deyərlər, qol-qıçı sınıb.

Sevimli şairimiz Məmməd Aslan “Bayatı rüzgarı” adlı çox sanballı kitabında bayatılarımızı nalə və şikəstələrinə görə “bülbül boyda möcüzə”, yığcam biçiminə görə isə ədəbiyyatımızın “çeçələ barmağı” adlandırır. Müəllifin orijinal incələmələri də maraq doğurur. Buna misal olaraq səyyad  (ovçu) barədə olan bayatını göstərmək olar:

                                 Səyyada bax, səyyada,

                                 Torun qurmuş qayada.

                                 Toruna bir ov düşüb,

                                  Kimsəsi yox oyada.

Şair həmin bayatını oxuculara təhrifləri düzəldilmiş, necə deyərlər, sınıqları bitişdirilmiş şəkildə təqdim edir. Həm də cinas qafiyələrlə:

                                  Səyyada bax, səyyada,

                                  Torun qurmuş sayada.

                                  Toruna bir ov düşüb,

                                  Yox kimsəsi oyada.

Burada 2-ci misradakı “saya” sözü kölgə mənasındadır.

Göründüyü kimi, ustad şairimiz məşhur bir bayatıya hamıdan fərqli olaraq daha diqqətlə, məhəbbətlə  yanaşaraq, onu ilkin şəklinə qaytara bilmişdir.

Əli NƏCƏFXANLI

Facebook Şərhləndirmə:

Şərhinizi yazın