Menu
Geri İrəli

Gənclərin yay məktəbi başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2017 • Baxış sayı: 8 dəfə • Şərh yoxdur
Share Button

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu tərəfindən həyata keçirilən “Gənclik Gələcəyimizdir” devizi altında Yay Məktəbi start götürüb.
Əvvəlcə Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olan gənclərə burada layihə barədə ətraflı məlumat verilib, ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərimizin uğurları ilə bağlı müzakirələr aparılıb.
Daha sonra gənclər Quba rayonuna yola düşüblər.

1512043540_54
Burada gənclər Heydər Əliyev Mərkəzində, Gənclər Evində və azərbaycanlılara qarşı XX əsrin əvvəllərində törədilmiş soyqırım qurbanlarının məzarlığında olublar. Layihə iştirakçılarına faciə, onun miqyası haqda məlumatlar verilib.
Düşərgə Quba rayonunda təbiət qoynunda yerləşən istirahət mərkəzlərindən birində davam edib. Burada müxtəlif intellektual və əyləncəli oyunlar keçirilib, gənclərin maraqlı və səmərəli istirahəti təşkil olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın