Menu
Geri İrəli

IDEA təmizlik aksiyası keçirəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2015 • Baxış sayı: 224 dəfə • Şərh yoxdur

IDEA təmizlik aksiyası keçirəcək

IDEA İctimai Birliyi ənənəsinə sadiq qalaraq, hər il dünyada qeyd olunan “Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar “Təmiz Şəhər” ASC ilə birgə yeni təmizlik aksiyasının keçirilməsini elan edir.
Aksiya 3 oktyabr 2015-ci il tarixində baş tutacaq və iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz olunacaqlar.
Aksiyada iştirak etmək istəyən şəxslərdən öz ad və soyadını, eləcə də əlaqə nömrəsini 1 oktyabr tarixindən gec olmayaraq “təmizlik aksiyası” başlığı altında info@ideacampaign.org elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Aksiya zamanı iştirakçılar nəqliyyat və su ilə təmin olunacaqlar.
Əlavə məlumat üçün +994 12 4976316 şəhər nömrəsi ilə əlaqə saxlamağınız rica olunur.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın