Menu
Geri İrəli

Kimyaçılar ağac əkdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 10 May 2016 • Baxış sayı: 129 dəfə • Şərh yoxdur

Mayın 10-da «Azərikimya» İB-nin kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü böyük ruh yüksəkliyi ilə və həmrəylik iməciliyi keçirməklə qeyd ediblər. Kimyaçılar öncə dahi şəxsiyyətin Sumqayıt şəhərindəki abidəsini ziyarət edib və abidə önünə tər güllər düzüblər.

Sonra «Azərikimya» İB-nin 400 nəfər əməkdaşının iştirakı ilə həmrəylik iməciliyi keçirilib. Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsində keçirilən iməcilikdə kimyaçılarla bərabər SOCAR-Polymer zavodunun, şəhər Bələdiyyəsinin, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin, Sumqayıt Dövlət Universitetinin, respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Sumqayıtın Tarixi Muzeyinin və “Sosial Quruculuq” İctimai Birliyinin nümayəndələri də iştirak etmişdir.

Mütəşəkkillik, həmrəylik və fəallıqla müşayiət olunan iməcilik zamanı Etilen-polietilen zavodunun bioremediasia üsulu ilə təmizlənmiş 4 hektarlıq ərazidə 600 ədəd müxtəlif növ ağac əkilib, həmçinin Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin əraziləri alaq otlarından təmizlənib, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, dibləri bellənib və ərazilərdə abadlıq işləri aparılıb.

1462879486_13138972_1112166222139976_6471544049981406927_n 1462879405_13164289_1112165275473404_2401577469217596803_n 1462879407_13102729_1112166442139954_4276353555326808420_n 1462879416_13151825_1112165345473397_3638678792036483178_n 1462879431_13102671_1112166382139960_3891196461976726640_n 1462879448_13138961_1112165695473362_7744768279301683374_n 1462879469_13139041_1112165382140060_2720488262998944406_n 1462879470_13100783_1112166022139996_3307081763921994208_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın