Menu
Geri İrəli

“SOCAR-UNİPER”in Direktorlar Şurasının 4-cü yığıncağı keçirilib – SUMQAYITDA

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2017 • Baxış sayı: 365 dəfə • Şərh yoxdur

“Azərikimya” İstehsalat Birliyində SOCAR-ın Baş ofisinin və Almaniyanın UNİPER şirkətinin nümayəndələrinin iştirakı ilə “SOCAR-UNİPER” MMC birgə müəssisəsinin Direktorlar Şurasının 4-cü yığıncağı keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda Etilen-polietilen zavodunun Buxar-Generator Kompleksinin enerji effektivliyinin artırılması məqsədi ilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikintisi ilə bağlı birgə müəssisənin apardığı işlər haqqında hesabatı dinlənilib, qarşıda duran məsələlər geniş müzakirə olunub.

Yığıncaq iştirakçıları və Sumqayıtda səfərdə olan Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Etilen-polietilen zavodunda olublar. Qonaqlara “EP-300” qurğusunda icra olunan modernizasiya işləri, o cümlədən Buxar-Generator Kompleksinin enerji effektivliyinin artırılması məqsədi ilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikinti işləri ilə bağlı ətraflı məlumat verilib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın