Menu
Geri İrəli

Sumqayıtda “Miniatür obrazlar sərgisi”nin təqdimatı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2015 • Baxış sayı: 525 dəfə • Şərh yoxdur
Share Button

14307365462687459092_750x500Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə həyata keçiriləcək “Miniatür obrazlar sərgisi” adlı layihənin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Gənclər Evində keçirilən təqdimat mərasimində çıxış edən layihə rəhbəri Natiq Muradxanlı Gənclər Fondu tərəfindən belə layihələrin dəstəklənməsini ölkəmizdə istedadlı və yaradıcı gənclərə göstərilən dövlət qayğısının təzahürü kimi səciyyələndirib.

Bildirilib ki, layihənin məqsədi miniatür sənətini yeniyetmə və gənc nəsil arasında yaymaq, onların bu yöndə bilik və bacarığını artırmaq, xalq tətbiqi sənət növlərinin təbliğatı işini gücləndirmək və gənc istedadlara dəstək olmaqdır.

Sərgidə rəssamlıqda miniatür obrazlara üstünlük verən gənclərin əl işlərindən ibarət klassik və müasir tariximizi əks etdirən rəsmlər nümayiş olunacaq ki, bu da xalqımızın milli-mədəni dəyərlərini tanıtmaq, yaşatmaq, qorumaq kimi hədəflərə çatmaqda yardımçı olacaq.

Sonda layihə çərçivəsində görüləcək işlər, onun məqsədinə nail olmaq üçün müəyyən edilmiş vəzifələrin icrası və digər məsələlər müzakirə olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın